Wanda Nara və İkardi cütlüyünün bir müddət əvvəl yaşadıqları hadisələrlə bağlı İtaliya mətbuatı tərəfindən təəccüblü iddia ortaya atılıb.
Index.az xəbər verir ki, Mauro İkardi UEFA Avropa Liqasında “Qalatasaray”ın “Tottenhem”lə matçında aldığı çarpaz bağ zədəsindən sonra ölkəsi Argentinaya gedib.
İkili arasında yaranan mübahisədən sonra Wanda Nara İkardidən evdən çıxmasını istəyib. Argentinalı hücumçu evdən çıxmayanda Wanda Nara polisə xəbər verib.
“La Gazetta dello Sport”da çıxan xəbərə görə, Wanda Nara polisə İkardinin silah gizlətdiyini deyib. Evə gələn polis isə 5 saat silah axtarsa da, heç nə tapmayıb.
Wanda Naranın İkardinin onu oğurluqda ittiham etdiyini öyrəndikdən sonra intiqam almaq üçün polisə xəbər verdiyi iddia edilib.