Ronaldo etirafı: Namaz üçün məşqi dayandırırdı

Səudiyyə Ərəbistanının “Əl-Diraiyah” komandasında çıxış edən Vəlid Abdullah Kristiano Ronaldo ilə bağlı təəccüb doğuran etiraflar edib.

İndex.az xəbər verir ki, Ərəbistanlı qolkiper bildirib ki, “Əl-Nəsr”də oynadığı zaman məşq namaz vaxtlarına təsadüf edərsə, Ronaldo məşqçi ilə danışıb məşqi dayandırırdı.

Vəlid Abdullah açıqlamasında deyib: “Əgər biz məşq edəndə namaz vaxtı olsaydı, Ronaldo həmin anda məşqçi ilə danışardı və ondan məşqi dayandırıb namaza getməyimizi xahiş edərdi”.

38 yaşlı qolkiper 2017-2024-cü illərdə “Əl-Nəsr”də çıxış edib. Keçən yay müqaviləsi başa çatan Abdullah “Əl-Diraiya”ya transfer olub.