Birja səhmləri ilə bağlı proqnozları ilə milyardlarla dollar qazanan Warren Buffet 94 yaşında vəsiyyətini açıqlayıb.
İndex.az xəbər verir ki, dünyanın üçüncü ən zəngin adamı olan Warren Buffet 150 milyard dollarlıq aktivinin 99,5 faizini xeyriyyə təşkilatlarına bağışladığını açıqlayıb.
Warren Buffet müəssisələrə isə 66, 69 və 71 yaşlı övladlarının rəhbərlik edəcəyini bildirib.
Qeyd edək ki, 30 avqust 1930-cu ildə anadan olan Warren Buffet dünyanın ən uğurlu birja investoru kimi tanınır. Dünyanın 3-cü ən varlı adamı olan milyarder iş adamı əksər maliyyə ekspertləri üçün simvola çevrilib.