Şimali Koreyalı hakerlər saxta şəxsiyyətlərlə milyardlarla kriptovalyutanı oğurladılar

Şimali Koreyalı hakerlər özlərini saxta şəxsiyyətlərlə işə götürənlər və İT işçiləri kimi göstərərək beynəlxalq şirkətlərdən milyardlarla dollarlıq kriptovalyuta oğurlayıblar.

İndex.az xəbər verir ki, Vaşinqtonda keçirilən Cyberwarcon konfransında təhlükəsizlik mütəxəssisləri Şimali Koreyadan gələn təhlükənin miqyasını izah ediblər.

Araşdırmalara görə, Şimali Koreyalı hakerlər özlərini saxta şəxsiyyətlərlə transmilli şirkətlərdə iş axtaran potensial işçilər kimi təqdim edərək böyük şirkətlərə sızmağı bacarıblar.

Xüsusilə ABŞ-da fəaliyyət göstərən şirkətlərdə saxta şəxsiyyətlərlə işə götürüldükdən sonra bu şirkətlərə sızaraq yüzlərlə şirkətə ziyan vurublar. “Microsoft”un təhlükəsizlik üzrə tədqiqatçısı Ceyms Elliot Şimali Koreyalı hakerlərin ABŞ-da fəaliyyət göstərən vasitəçilər vasitəsilə şirkətlərə sızdığını bildirib.

Hakerlər saxta şəxsiyyətlərlə kriptovalyutaları oğurlayaraq Şimali Koreyaya milyardlarla dollar qazandırıblar. Elliott vurğulayıb ki, bu haker qrupları fərqli taktika və üsullardan istifadə edirlər, lakin onların ümumi məqsədi kriptovalyuta oğurlamaqdır.

Təhlükəsizlik tədqiqatçıları bu təhlükənin miqyasını açıqladılar. Şirkətlərin hakerlərin istifadə etdiyi qabaqcıl texnikalara daha diqqətli olmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu texnikalar həm də beynəlxalq sanksiyalardan qaçmaq və Şimali Koreyanın silah proqramına töhfə vermək məqsədi daşıyır.