Çin alimləri Mars şəraitində yüksək enerji sıxlığında işləyə bilən yeni nəsil batareyalar hazırlayırlar.
İndex.az xəbər verir ki, bu batareyalar planetin atmosferindəki karbon qazından istifadə edəcək.
Bu alimlərdən biri olan Professor Penq Tan və komandası Marsda istifadə oluna biləcək batareyalar üzərində mühüm işlər aparır.
Çin “Elm-Texniki Universitetinin” (USTC) çətiri altında aparılan bu araşdırma Marsın atmosferindən birbaşa istifadə edəcək yeni nəsil batareyalara yönəlib.