NASA-nın nüvə helikopteri “SpaceX” ilə uçacaq

NASA və “SpaceX” arasındakı əlaqələr getdikcə güclənir.

İndex.az xəbər verir ki, NASA-nın nüvə enerjisi ilə işləyən “Dragonfly” helikopteri “SpaceX”in Falcon Heavy” raketi ilə “Saturn”un peyki “Titan”a doğru hərəkət edəcək.

NASA-nın verdiyi açıqlamaya görə, “Dragonfly” missiyasının buraxılması üçün “Falcon Heavy” ilə sabit qiymətli müqavilə imzalanıb.

Təxminən 257 milyon dollarlıq bu müqavilə işə salma xidmətlərini və digər missiya ilə bağlı xərcləri əhatə edir.

Hər şey planlaşdırıldığı kimi getsə, “Dragonfly” 2028-ci ilin iyulunda kosmosa göndəriləcək.

Daha sonra 6 illik səyahətdən sonra “Titan”a çatacaq.