Qazaxıstan Bakı-Tbilisi-Ceyhanda potensialı artırmaq istəyir.
İndex.az xəbər verir ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib ki, onlar Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin illik 20 milyon tona çatdırılması perspektivlərini qiymətləndirirlər.
Milli Məclisdə ölkədə neft sektorunun inkişafı ilə bağlı keçirilən müşavirədə S.Sətkəliyev neftin ölkə iqtisadiyyatında xüsusi çəkisinə diqqət çəkərək, neft-qaz sektorunun dövlət büdcəsinin 28%-dən çox hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
Satkəliyev bu il 88,4 milyon ton neft hasil etməyi və bunun 68,8 milyon tonunu ixrac etməyi planlaşdırdıqlarını bildirib.