“Avtobus almaqdansa, detallarını gətirib yığmaq daha sərfəlidir” – EKSPERT

“Marşrut avtobuslarının alınması ilə müqayisədə detallarının gətirilərək burada yığılması daha ucuz başa gələ bilər”

Bunu İndex.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafa bildirib.

Onun sözlərinə görə, avtobus istehsalı asan məsələ deyil:

“Azərbaycanda hazırlanan avtobusların demək olar ki, 99%-nin detalları xaricdən gətirilir. Azərbaycanda yalnız onların yığılma prosesi həyata keçirilir. Lakin bu sahədə daxili istehsalın inkişaf etdirilməsi,  yaxud xarici ölkədən hazır avtobus almaq əvəzinə onun detallarının alınaraq ölkəmizdə yığılması daha ucuz başa gələ bilər”.

Ekspert bildirib ki, bu sahənin inkişafı üçün özəl sektor aktiv olmalıdır: “Özəl sektor aktiv iştirak edərək bu sahədə sənaye müəsissələri açmalıdır. Dövlət isə yalnız dəstək və təşviq edə bilər. Marşrut avtobuslarının alınması ilə müqayisədə detallarının gətirilərək burada yığılması daha ucuz başa gələ bilər”.

Qeyf edək ki, Azərbaycanda yerli istehsal avtobuslarının satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək. Bu, Vergi Məcələsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.