Bu il Gürcüstandan ölkəmizə 8 800-dək maşın gətirilib

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 8 787 ədəd avtomobil ixrac edib.

Bu barədə İndex.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin 4 ayı ərzində qonşu ölkədən Azərbaycana gətirilən avtomobillərin ümumi dəyəri 69,4 milyon ABŞ dolları təşkil edib.

Belə ki, bu il Azərbaycana ixrac edilən avtomobillərin illik ifadədə 480,6 min dollar və ya 0,68%, sayı isə 1669 ədəd və ya 15,9% azalıb.

Həmçinin, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 69,9 milyon dollar dəyərində 10 456 ədəd avtomobil ixrac edib.