Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İndex.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 1,5 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 49,0 faiz, İordaniyadan – 40,0 faiz, Polşadan – 35,5 faiz, İrandan – 33,2 faiz, İtaliyadan – 32,4 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 27,0 faiz, Yəməndən – 26,2 faiz, Niderlanddan – 21,7 faiz, Almaniyadan – 21,3 faiz, ABŞ-dan – 20,7 faiz, Misirdən – 20,0 faiz, Özbəkistandan – 19,5 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Ukraynadan – 17,0 faiz, Tacikistandan – 16,7 faiz, Türkiyədən – 15,8 faiz, Fransadan – 14,6 faiz, Küveytdən – 12,1 faiz, Böyük Britaniyadan – 11,4 faiz, Moldovadan – 10,6 faiz artmışdır.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.