2025-ci ildə daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək? – PROQNOZ

2024-cü il daşınmaz əmlak bazarında bahalaşmalarla yadda qaldı.

Bəs 2025-ci ildə bizi hansı mənzərə gözləyir?

İndex.az məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov ilə əlaqə saxladı.

İndex.az-a danışan ekspert bildirib ki, cari ildə qiymətlər ötən illərə nisbətən əhəmiyyətli dərəcədə artıb:

“Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 11,7% artım qeydə alınıb. Bu isə son 10 ilin ən yüksək artımıdır. Lakin növbəti ildən etibarən bu artım tempi yavaşlayacaq. 2025-ci ilin ilk aylarında qiymətlərdəki artım tempi aşağı düşəcək. Sonraki aylarda isə daşınmaz əmlak qiymətlərində sabitlik yaranacaq. Lakin bu sabitliyin yaranması üçün gərək iqtisadiyyatın digər sahələrində də sabitlik yaransın. Çünki daşınmaz əmlak qiymətlərində artıma digər sahələrdəki qiymət artımları, inflyasiya səbəb olur”.