Xorvatiya iqlim maliyyəsinin artırılmasını dəstəkləyir

Xorvatiya iqlim maliyyəsinin həcminin artırılması təşəbbüsünü irəli sürməyi planlaşdırır.

İndex.az bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.

Onun sözlərinə görə, danışıqların nəticələrini indi proqnozlaşdırmaq çətindir, lakin Xorvatiya bu məsələni fəal şəkildə dəstəkləyir:

“Bilirsiniz ki, əvvəlcə biz 100 milyard dollar barədə razılığa gəlmişdik, 2022-ci ildə bu göstərici ilk dəfə 115 milyard dolları ötdü. Düşünürəm ki, bu məbləğin bir qədər də artırılmasının vaxtı çatıb”, – o bildirib.