Rusiya federal büdcəsində 2,2 milyard dollar kəsir hesablanıb

Rusiya Maliyyə Nazirliyi ilin ilk 10 ayında federal büdcənin 220 milyard rubl, təxminən 2,2 milyard dollar kəsiri olduğunu açıqlayıb.

İndex.az xəbər verir ki, açıqlamada qeyd olunan dövrdə büdcə xərclərinin 23,7% artaraq 306,4 milyard dollara çatdığı, büdcə kəsirinin isə 2,2 milyard rubl səviyyəsində olduğu qeyd edilib.

Açıqlamada qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərinin 207 milyard dollar, neft və təbii qaz büdcəsinin gəlirlərinin isə 97,3 milyard dollar olduğu bildirilib.