İngiltərədə mənzil qiymətləri kəskin yülsəlib

İngiltərədə mənzil qiymətləri kəskin yülsələrək ortalama mənzil qiyməti 294 min sterlinqə çatıb.

İndex.az xəbər verir ki, bu qiymətlər İngiltərədə tarixin ən yüksək qiymətləridir.

Belə ki, sonuncu dəfə rekord göstərici 2022-ci ilin iyun ayında qeydə alınıb.

Həmin vaxt İngiltərədə orta ev qiymətləri 293 min sterlinq olaraq hesablanıb.

Oktyabr ayında orta ev qiymətlərində ən sürətli artım 10,2% ilə Şimali İrlandiyada, 5,6% ilə Uelsdə və 1,9% ilə Şotlandiyada olub.