Trampın prezident seçilməsi Almaniyada siyasi böhrana yol açdı

Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada  baş nazir Olaf Şolzun maliyyə nazirini vəzifəsindən azad edərək erkən seçkilərə yol açmasıhakim koalisiyanı dağıdıb.

İndex.az xəbər verir ki, Prezident Frank Valter Steynmeyerdən maliyyə naziri Kristian Linderin vəzifədən alınmasını istəyən Şolz bildirib ki, bu addımla o, ölkəyə gələ biləcək hər hansı bir zərərin qarşısını almaq istəyir.

Almaniyanın lazımi qərarları verəcək gücə sahib bir hökumətə ehtiyacı olduğunu ifadə edən Şolz Federal Məclisdən etimad səsverməsi istəyəcəyini qeyd edib.

“15 Yanvar 2025-ci ildə Federal Məclisdən etimad səsverməsi istəyəcəm. Parlament üzvləri seçkilərin açılıb-açılmayacağına qərar verə biləcəklər. Bu seçkilər ən qısa zamanda Konstitusiyada nəzərdə tutulan müddətlərə uyğun olaraq keçiriləcək”.