Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəlində dəyişiklik olacaq.
İndex.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, buna səbəb rəqəmsal yeniliklə bağlı sınaqların aparılmasıdır.
Bildirilib ki, Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.
Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.
Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.
Noyabr ayının 1-də “Bakmil” stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:
“Bakmil” stansiyasından çıxış vaxtları: