COP29 çərçivəsində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

COP29 konfransı çərçivəsində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək.

İndex.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktpro Vüqar Qurbanov “Yeni Klinika”da COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə “Report”un sualına cavabında deyib.

“Nazirlər Kabinetinin qərarına əsasən COP29 ərəfəsində bəzi qurum və təşkilatların iş rejimində dəyişikliklər olacaq. Lakin təbibin tərkibindəki tibb müəssisələri və təbibin idarə etmə aparatı gücləndirilmiş rejimdə işləyəcək”, – o bildirib.