“Starbucks”dan işçilərinə: “Siyasətə əməl edin yoxsa işinizə xitam veriləcək!”

Pandemiya ilə başlayan evdən iş modeli dəyişir. 2024-cü ilin sentyabrında verdiyi bir elanla “Amazon” 2 yanvar 2025-ci ildən etibarən işçilərini ofislərinə geri çağırdı.

İndex.az xəbər verir ki, “Starbucks” da öz işçilərini ofisə qaytarmaq siyasətini həyata keçirmək üçün qətiyyətli addımlar atır.

Şirkət ofisə qayıtma tələblərinə əməl etməyən korporativ işçilərin işinə xitam veriləcəyi barədə xəbərdarlıq edib.

“Wall Street Journal”ın verdiyi xəbərə görə, şirkətin daxili yazışmalarına əsaslanaraq “Starbucks” yanvar ayından etibarən həftənin üç günü ofisə gəlmə öhdəliyinə əməl etməyən işçilər üçün “məsuliyyət prosesi” başlatacaq.