Süni intellekt “Samsung”un ciddi pul itirməsinə səbəb olub. Şirkət verdiyi açıqlamalarla investorları sakitləşdirməyə çalışsa da, vəziyyət heç də yaxşı deyil.
İndex.az xəbər verir ki, “Samsung” xüsusilə 2024-cü ilin iyul ayından etibarən mürəkkəb bir prosesə girdi.
Şirkətin səhmləri o vaxtdan bəri öz dəyərinin 30 faizindən çoxunu itirib. Bu, “Samsung”un bir neçə ay ərzində 122 milyard dollar itirməsinə səbəb oldu. “Samsung” ilə rəqabət aparan digər çip istehsalçıları da dəyər itkisi yaşadılar, lakin “Samsung”da vəziyyət daha pisdir.
“Samsung”un bundan sonra nə edəcəyi bəlli deyil. Bununla belə, TSMC kimi rəqiblərin milyardlarla dollar qazandığı halda “Samsung”un itkilər verməsi çip sənayesinin şirkət üçün problem içində olduğunun açıq göstəricisidir. Belə görünür ki, şirkət bu vəziyyətdən çıxmaq üçün əlindən gələni etməli olacaq.