Hər bir təkər optimal tutma gücünə və bu gücdən asılı olan istifadə temperaturuna malikdir.
İndex.az xəbər verir ki, qış təkərlərində bu temperatur yay təkərlərindən aşağı olur.
Təkərin yerə tutunması üçün təkərin protektoru boşluqları açıq olmalıdır. Qış təkərlərinin elastik quruluşu sayəsində avtomobilin çəkisi ilə hər döngədə yerə toxunan səth iki protektoru bir-birinə yaxınlaşdırır və həmin protektorlar arasında qarı sıxaraq sıxışdırır.
Beləliklə, növbəti fırlanma dövrəsi üçün boşluqlar təmizlənir. Bu xüsusiyyət qar səthinin az olduğu şəhərlərdə istifadədə çox vacibdir.
Yaş və qarlı səthlərdə qış təkərləri yay təkərlərinə nisbətən 30%-ə qədər daha qısa əyləc məsafəsi təklif edir. Eyni tutma gücü sürətlənməyə də aiddir.
İnkişaf etmiş ölkələrdə qışda yay təkərlərinizlə qəza baş verdikdə sığorta etibarsızdır. Sizə məsləhətim odur ki, bu barədə sığortaçınızdan soruşun. Hər müqavilədə o kiçik, Word 4 ölçülü mətnlərdə belə bir ifadə ola bilər, ona görə də diqqətli olmaq lazımdır.
Yay təkərlərində minimum təkər protektorunun qalınlığı 1,6 mm olduğu halda, qış təkərlərində bu minimum 3 mm olmalıdır.
Küçədə olan vətəndaşın, qarşınızdakı avtomobilin, ən əsası isə özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün havanın temperaturu yüksəldikdə qar yağmasa belə qış təkərlərindən istifadə edin.
Boyu 1,40-dan az olan uşaqlarınızı ön oturacaqda əyləşdirməyin (təhlükəsizlik yastıqları partlayış zamanı o boyda olan insanlar üçün təhlükəlidir) və onların arxa oturacaqda uşaq oturacağı ilə oturmasına əmin olun. Həmçinin arxa oturacaqlarda oturarkən təhlükəsizlik kəmərinizi taxmağı unutmayın.