Qızıl bahalaşaraq yeni rekord vurub

Qızıl bahalaşaraq yeni rekord qırıb.

İndex.az xəbər verir ki, qızıl həftənin üçüncü ticarət günündə 2 min782 dollara çatıb.

ABŞ mərkəzi bankının noyabrın 6-7-də keçiriləcək növbəti siyasət iclası öncəsi investorlar bu həftə sonu gözlənilən ABŞ-ın iqtisadi rəqəmlərinə diqqət yetirəcəklər.

Bu rəqəmlər FED-in 2025-ci ilə doğru yumşalma tendensiyası haqqında ipucu verə bilər.