“Mançester Yunayted” baş məçqçisi ilə yollarını ayırdı

“Mançester United”, baş məşqçisi Erik ten Hag ilə yolların ayrıldığını açıqlayıb.

İndex.az xəbər verir ki, klubdan verilən məlumatlara görə, yeni baş məşqçi tapılana qədər klubu Ruud van Nistelrooy çalışdıracaq.

Qeyd edək ki, Ruud van Nistelrooy klubda köməkçi məşqçi kimi fəaliyyət göstərirdi.