“iPad 7 mini” surpriz xüsusiyyətlə buraxılacaq

7-ci nəsil “iPad mini” bütün “iPhone 16” modellərində olan bir xüsusiyyətlə gəlir.

İndex.az xəbər verir ki, “iPad 7 mini”  “iPadOS 18” proqramı ilə təhciz olunub və “iPhone 16” modelləri kimi RecoveryOS bölməsini ehtiva edir.

Bu o deməkdir ki, planşet hər-hansı bir səbəbdən bərpa rejiminə keçərsə, proqram kompüterə ehtiyac olmadan başqa “iPhone” və ya “iPad” ilə bərpa oluna bilər.