“Tramp prezident olsa, avro ucuzlaşacaq”

“Goldman Sachs”, Donald Trampın ABŞ prezidenti seçildiyi və əlavə gömrük tariflərinin qüvvəyə mindiyi bir ssenaridə avronun dollar qarşısında ucuzlaşacağını proqnozlaşdırıb.

İndex.az xəbər verir ki, Trampın radikal iqtisadi siyasətlərinin ABŞ-ın mühüm ticarət tərəfdaşı olan Avropaya daha çox təsir edəcəyi gözlənilir.

“Goldman”, Respublikaçıların yarışda qalib gəlməsinin artan tariflər və daxili vergi endirimləri ilə nəticələnə biləcəyini ifadə edib.

Bankın proqnozuna görə, bu proseslər baş verərsə avro dollar qarşısında 10% dəyər itirəcək.