Azərbaycanda 2025-ci ildə 30-a yaxın rayonda şəkər çuğundurunun əkilməsi planlaşdırılır.
İndex.az xəbər verir ki, əkin sahələrinin gələn il 9 min hektara qədər genişləndirilməsi nəzərdə tutulur.
Bu il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib. Ümumilikdə 280-290 min ton məhsul götürülməsi nəzərdə tutulub. Bu hesabla orta məhsuldarlıq hər hektara 45 ton təşkil edəcək. Hazırda sahələrdə məhsul yığımı davam edir.
Qeyd edək ki, 2023-cü ildə 4 700 hektar sahədə şəkər çuğunduru əkilib və 204 min ton məhsul tədarük olunub.