Qeyri-neft sektoruna yatırılan xarici investisiyanın həcmi açıqlanıb

2019-2023-cü illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 6,2 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.

İndex.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bunun 2 milyard ABŞ dollarından çoxu 2023-cü ilin payına düşüb ki, bu da indiyə qədər qeydə alınan ən yüksək illik göstəricidir və 2022-ci illə müqayisədə % çoxdur.

Ötən il birbaşa xarici investisiyalarda liderlik Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Niderland və İsveçrəyə məxsus olub.