ABŞ hökuməti fırıldaqçılığın qarşısını süni intellekt ilə alıb

ABŞ Maliyyə Nazirliyi keçən maliyyə ilində süni intellektdən istifadə etməklə fırıldaqçılığın qarşısnın alındığını bildirib.

İndex.az xəbər verir ki, nazirin sözlərinə görə, bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlər bərpa edilib.

Bəyanatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı ilə, 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.