Dünyada 1,1 milyard yoxsul insan var

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya üzrə yoxsul insanların sayını açıqlayıb.

İndex.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının (UNDP) hesabatına görə, dünyada 1,1 milyard insan kəskin yoxsulluq həddində yaşayır.

Hesabatda bu vəziyyətdən təsirlənənlərin yarıdan çoxunun uşaqlar olduğu qeyd edilib.

Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü (OPHI) ilə birlikdə dərc edilən hesabatda İkinci Dünya Müharibəsindən sonra müharibə şəraitində olan ölkələrdə yoxsulluq nisbətlərinin 3 dəfə yüksək olduğu vurğulanıb.