“PAŞA Bank”dan 75 milyon manatlıq geriləmə

“PAŞA Bank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “PAŞA Bank”ın aktivləri cari ilin əvvəli ilə müqayisədə 75.550 milyon manat azalaraq 8 milyard 575.821 milyon manata enib.

Ötən ilin əvvəlində “PAŞA Bank”ın aktivləri 8 milyard 651.371 milyon manat idi.

2024-cü ilin 3-cü rübündə “PAŞA Bank”ın depozit portfeli 75.007 milyon manat azalaraq 6 milyard 860.168 milyon manata enib.

Cari ilin əvvəlində bu göstərici 6 milyard 935.175 milyon manat idi.

2024-cü ilin 3-cü rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 281.801 milyon manat artaraq 1 milyard 915.732 milyon manat olub.

Ötən ilin sonunda hüquqi şəxslərin banka qoyduğu depozitlər 5 milyard 301.244 milyon manat olduğu halda, 2024-cü ilin 3-cü rübündə bu göstərici 356.808 milyon manat artaraq 4 milyard 944.436 milyon manat olub.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 775.362 milyon manatdır. Bankın səhmlərinin 56,8195%-i “PASHA Holding” MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.

 

2024-cü ilin 3-cü rübü üzrə aktivlərin göstəriciləri:

 

2023-cü ilin 4-cü rübü üzrə aktivlərin göstəriciləri: