Çin ucuz mənzil layihələrini genişləndirmək fikrindədir.
İndex.az xəbər verir ki, Çinin Mənzil İnşaatı və Şəhər-Kənd İnkişafı Naziri Ni Honqun sözlərinə görə, Çin hökuməti bu lahiyələrin inkişafı üçün bank kreditlərini 4 trilyon yuana (562 milyard dollar) çatdıracaq.
İqtisadiyyatın 5%-lik artım hədəfinə çatması üçün hökumət rəsmiləri bu addımı atmağa qərar veriblər.
Bununla yanaşı, Çin hökuməti sentyabrın sonlarında ipoteka kreditləri üzrə borclanma xərclərini azaldaraq və ikinci ev satın alma qaydalarını asanlaşdıraraq daşınmaz əmlak sektorunu dəstəkləyib.