“Melli İran Bankı”nın Bakı filialı 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Melli İran Bankı”nın Bakı filialının aktivləri cari ilin əvvəli ilə müqayisədə 3.466 milyon manat azalaraq 118.298 milyon manata enib.
Ötən ilin əvvəlində “Premium Bank”ın aktivləri 121.764 milyon manat idi.
2024-cü ilin 3-cü rübü ərzində bankın kredit portfelinin həcmi 1.779 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 4.078 milyon manat kredit verildiyini nəzərə alsaq, 2.299 milyon manatlıq azalmanın olduğunu görürük.
Xatırladaq ki, “İran Milli Bankı”nın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bankın səhmləri İran İslam Respublikasında yerləşən “Bank Melli İran”a məxsusdur.