Qızıl yüksəlişini davam etdirir – BAHALAŞDI

Ötən gün 0,4% bahalaşan qızıl qiymətləri bu gün də, artımı davam etdirib.

İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə də bahalaşaraq bir unsiya üçün 2 min 679 dollara satılıb.

Qiymətli metal bu il indiyədək təxminən 30% artıb.

Bu artım qızılı 2024-cü ildə ən güclü performans göstərən əmtəə edir.