BVF qlobal maliyyə sabitliyi ilə bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu (BVF) Qlobal Maliyyə Sabitliyi Hesabatının analitik bölmələrini dərc edib.

İndex.az xəbər verir ki, BVF inflyasiya şokları və artan geosiyasi gərginliklər səbəbindən qlobal iqtisadi qeyri-müəyyənliyin artdığını bildirib.

Bununla yanaşı fond, yüksək qeyri-müəyyənliyin makromaliyyə sabitliyinə dərindən təsir edə biləcəyi barədə xəbərdarlıq edib:

Hesabatın “Yüksək Qlobal İqtisadi Qeyri-müəyyənlik Mühitində Makromaliyyə Sabitliyi” başlıqlı hissəsində qlobal iqtisadi nəticələr və siyasətlərlə bağlı qeyri-müəyyənliyin “Covid-19” epidemiyasından sonra daha da artdığı bildirilib.