“Premium Bank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Premium Bank”ın aktivləri cari ilin əvvəli ilə müqayisədə 34.157 milyon manat azalaraq 650.959 milyon manata enib.
Ötən ilin əvvəlində “Premium Bank”ın aktivləri 685.116 milyon manat idi.
Xatırladaq ki, “Premium Bank” 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 154.601 milyon manatdır.
2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.