“Bank BTB” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəli ilə müqayisədə “Bank BTB”nin həm faiz gəliri, həm də faiz xərcləri azalıb.
Belə ki, cari ilin 3-cü rübündə “Bank BTB”nin faiz gəlirləri 23.288 milyon manat təşkil edib.
2024-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 30.005 milyon manat olduğunu nəzərə alsaq, 6.717 milyon manatlıq azalmanın olduğunu görərik.
“Bank BTB”nin faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə 4.516 milyon manat artaraq 14.174 milyon manat təşkil edib.
Cari ilin əvvəlində bankın faiz xərcləri 18.690 milyon manat olub.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52.140 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya (Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini), 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.