2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyon manatının və yaxud cüzi hissəsinin xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.