“Bank of Baku”nun dövr üzrə xalis mənfəəti 5 milyondan çox azalıb

“Bank of Baku” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Bank of Baku”nun dövr üzrə xalis mənfəəti 5.423 milyon manat azalaraq 20.035 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 25.458 milyon manat olub.

Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 52.870 milyon manatdır.

Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.