“AFB Bank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “AFB Bank”ın aktivləri cari ilin əvvəli ilə müqayisədə 17.761 milyon manat azalaraq 312.996 milyon manata enib.
Ötən ilin əvvəlində “AFB Bank”ın aktivləri 330.667 milyon manat idi.
Xatırladaq ki, “AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb.
Onun nizamnamə kapitalı 70.393 milyon manatdır.
Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.