Dünya Bankından 30 milyard dollarlıq yeni addım

Dünya Bankı kredit imkanlarını artıracaq və kreditləri daha əlverişli edəcək bir sıra maliyyə tədbirləri açıqlayıb.

İndex.az xəbər verir ki, Dünya Bankının verdiyi açıqlamada bildirilib ki, minimum kapital-kredit nisbəti 19%-dən 18%-ə endirilərək, əlavə olaraq 30 milyard dollarlıq maliyyə təmin ediləcək.

Bankın açıqlamasına görə, xidmət göstərilən ölkələr ilə daha yaxşı tərəfdaş olmaq üçün və borcların daha asan ödənilməsi üçün bəzi ödənişlər silinib.

Bununla yanaşı, kiçik ölkələrə verilən kreditlər üçün isə daha az ödəniş alınacaq.

Açıqlamada vurğulanıb ki, adılan bu addımlar ilə birlikdə, Dünya Bankından kredit əldə etmək asanlaşacaq, qaytarmaq isə daha ucuz başa gələcək.

Bəyanatda qeyd olunub ki, yeni addımlar əvvəlki islahatlarla birləşdirildikdə 10 il ərzində 150 ​​milyard dollardan çox əlavə maliyyələşməyə imkan yarada bilər.