Fiziki şəxslər “Accessbank”dan 23 milyon manatı geri çəkib

“Accessbank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Accessbank”ın depozit portfeli 2.422 milyon manat azalaraq 1 milyard 049.153 milyon manata enib.

Cari ilin əvvəlində bu göstərici 1 milyard 051.575 milyon manat idi.

2024-cü ilin 3-cü rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 23.671 milyon manat azalaraq 818.795 milyon manat olub.

Ötən ilin sonunda hüquqi şəxslərin banka qoyduğu depozitlər 209.109 milyon manat olduğu halda, 2024-cü ilin 3-cü rübündə bu göstərici 21.249 milyon manat artaraq 230.358 milyon manat olub.

Xatırladaq ki, “Accessbank”ın nizamnamə kapitalı 121.749 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.