Avropanın təbii qaz istehlakı 8-25 milyard kubmetr arta bilər

Avropanın təbii qaz istehlakında artım müşahidə oluna bilər.

İndex.az xəbər verir ki, bu qışın mülayim keçəcəyi təqdirdə Avropanın təbii qaz istehlakının ötən illə müqayisədə 8-10 milyard kubmetr, qışın soyuq keçəcəyi təqdirdə isə ən azı 20-25 milyard kubmetr artacağı gözlənilir.

Lakin hesabatda bu qış üçün qəti hava proqnozu verməyin çətin olduğu bildirilib Buna baxmayaraq qışın soyuq keçəcəyi ilə bağlı gözləntilər çoxdur:

“Erkən göstəricilər “La Nina” səbəbiylə Qərbi və Mərkəzi Avropada havanın keçən illə müqayisədə daha soyuq olacağını göstərir”.

Qeyd edək ki, 2019-cu ildə 550 milyard kubmetr təbii qaz istehlak edən Avropa 2020-ci ildə 534 milyard kubmetr, 2021-ci ildə 553, 2022-ci ildə 496, 2023-cü ildə isə 465 milyard kubmetr təbii qaz istehlak edib.