Bu gün banklar 38 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb $38.5 mln. təşkil edib və tam təmin edilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.