İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb.
İndex.az quruma istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin bəziləri rəqabətli olaraq satılıb.
Belə ki, start qiyməti 15 900 manat olan “Kia Sportage” markalı avtomobil 18 300 manata, 15 000 manat olan “Hyundai Azera” markalı nəqliyyat vasitəsi isə 17 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Dg2Mo linki vasitəsilə tanış olmaq olar.
8 və 16 oktyabrda keçiriləcək növbəti hərraclara səhmdar cəmiyyətlərinin səhm paketi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi, torpaq sahəsi və əmlak kompleksi çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Dg2Gx linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.