ABŞ-da istehsal sektorunda zəifləmə ardıcıl olaraq 6-cı ayda da davam edib
İndex.az xəbər verir ki, ISM məlumatlarına görə, sentyabr ayında istehsal sənayesi indeksi ötən ayla müqayisədə dəyişməyərək 47,2 olub.
İndeksin 50-dən aşağı olması sektorda zəifləmənin olduğunu göstərir.
İndex barədə iqtisadçıların gözləntisi isə 47,5 olub.