ABŞ-da baş verən Helene qasırğasının iqtisadi cəhətdən ən bahalı hava hadisələrindən biri olacağı təxmin edilir.
İndex.az xəbər verir ki, hava proqnozu platforması “AccuWeather”, Helene qasırğasının ümumi zərərinin və iqtisadi itkilərin 160 milyard dollara çata biləcəyini proqnozlaşdırdı.
Keçən həftə, dağıntının miqyası tam açıqlanmamışdan əvvəl iqtisadi itkilərin təxminləri 95-110 milyard dollar arasında idi. Belə ki, qasırğanın zərəri dəqiqləşdikcə, iqtisadi itkilərin hesablamaları da kəskin şəkildə artıb.
Əgər itkilər 160 milyard dollara çatarsa, Helene qasırğası ABŞ-ın indiyə qədərki ən bahalı beş fırtınadan biri kimi tarixə düşəcək.