Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyə ilə imzalanan müqavilədəki son istifadəçi sertifikatına uyğun olaraq, silahı alan ölkənin növbəti satışdan əvvəl Rusiyadan icazə almalı olduğunu vurğulayıb.
İndex.az xəbər verir ki, Lavrov CNBC-e New York təmsilçisi Betül Yürükün suallarını cavablandırarkən deyib:
“Türkiyənin sahib olduğu S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı heç bir şərh verilmir. Cənab Ərdoğan təcrübəli dövlət xadimidir və hər bir məsələdə millətinə faydalı olacaq qərarlar verir. Silah satışı müqaviləsində son istifadəçi sertifikatı adlı əlavə var. Bu sertifikatla məhsulları alan ölkə, bu silahlarla başqa bir şey etmək üçün onları satan ölkədən lazımi icazələri almalıdır.