Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları üzrə sentyabr ayında 11 böyük uduş qeydə alınıb.
Bakıda “Poz-Qazan” tarixində ən böyük uduş olan “Prestij” lotereyasında ikinci 500 000 manat qazanılıb. “Prestij”dən növbəti böyük uduş 50 000 manat da Bakıda Sahil Qarayevə nəsib olub. Həmçinin “Prestij”dən 4 ədəd biletdə 5 000 manat qazanılıb. Uğurlu biletlər Bakı, Quba və Lənkərandan alınıb. “Prestij”də növbəti böyük uduşlar sahiblərini gözləyir.
“Uğurlu 7” lotereyası isə Mingəçevirdə 50 000 manatlıq böyük uduşla Ramal Məmişova uğur gətirib. Oğuz və Siyəzəndə də “Uğurlu 7”dən 10 000 manat udulub.
“Qızıl” lotereyasında da böyük uduş – 25 000 manat Lənkəran sakininə qismət olub. Masallıda isə “Bombardir” lotereyasından 10 000 manat Azad İbayevin bəxtinə çıxıb.
“Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , “Azərpoçt” şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.