Bakıda ümumi inşaat işlərinin 90%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Bu ilin yanvar-avqust aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 89,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 8 ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,5 %-ini əsaslı təmir, 3,1 %-ini cari təmir, 3,5 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,3 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 %-ini əsaslı təmir, 4,8 %-ini cari təmir, 4,5 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.