AZAL işçilər axtarır – VAKANSİYALAR

Azerbaijan Airlines

Cədvəl üzrə mühəndis/ Tarif və gəlirlərin İdarə olunması İdarəsi

Son tarix 30 okt 2024 – Müraciət et

Təsvir

  • Yer ehtiyatlarına və overbookinqə nəzarət edilməsi;
  • Digər sistemlərdə yaradılan bronlara və online satışa “QUEUE” vasitəsi ilə nəzarət edilməsi;
  • Daşınma qaydalarının pozuntularına nəzarət olunması və cərimələr tətbiq edilməsi;
  • Uçuşların gecikmələri zamanı transfer sərnişinlər haqqında məlumatın işlənib-hazırlanması və daşınmaları üçün alternativ variantların təqdim edilməsi;
  • Hava gəmisinin dəyişiklikdən öncə bronlaşdırılan ödənişsiz və ödənişli yerlərin siyahısının yoxlanması;
  • Bütün yaranan uyğunsuzluqların müəyyən olunması;
  • Upgrade və downgrade üzrə məlumatların emal olunması;

Tələblər

  • Təhsil tələbləri: Ali təhsil;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
  • Microsoft Office bilikləri;
  • Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Strateji Düşünmə Qabiliyyəti;

“Bakıaeronaviqasiya” HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri

 Son tarix 30 okt 2024 Müraciət et

Vəzifə Öhdəlikləri:

  • Hava hərəkətini idarəetmə dispеtçеri öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə еtmək;
  • Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələrı və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək; Hava gəmilərinin hеyətlərinə uçuşun yеrinə yеtirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat vеrmək;
  • Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin təhlükəli mеtеоtəzahür zоnasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görmək;
  • Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еtmək.

Tələblər:

  • Vətəndaşlıq: AR vətəndaşı olmaq
  • Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
  • Yaş: Maksimum 35 (uyğun təcrübə olduğu halda)
  • Təhsil: Ali aviasiya ixtisas təhsili
  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri.
  • Qavrama və tez reaksiya vermə bacarığı
  • Məsuliyyət və intizamlı olmaq
  • Komandada çalışmaq bacarığı

Əlavə Qeydlər:

  • DMAA-nin Student license olan namizədlərə üstünlük veriləcək

Yanğından mühafizə Xidməti / Mühəndis xilasedici-qrup rəhbəri

 Son tarix 30 okt 2024 Müraciət et

Təsvir:

  • Hava gəmilərində, eləcə də hava limanı infrastrukturunda yerləşən obyektlərdə mümkün yanğınları söndürmək və qəza-xilasetmə işlərini aparmaq;
  • Yanğınların söndürülməsi və qəza-xilasetmə işlərinin aparılması zamanı qrupun iş fəaliyyətinə rəhbərlik etmək;
  • Yanğınsöndürən və qəza-xilasetmə avtomobillərində yerləşən avadanlıqları saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlamaq;
  • Təsdiq edilmiş yanğın-xilasetmə, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi üçün vərdişlərini təkmilləşdirmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (Milli Aviasiya Akademiyası tələbələrinə üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı;
  • Proqram bilikləri: Microsoft Office proqramları;
  • Sahə üzrə iş təcrübəsinə üstünlük verilir;
  • Yaşı 35-dən az;
  • İdman normativlərinin yerinə yetirilməsi;
  • «B» kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmaq;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Öyrənmə qabiliyyəti;
  • Çətin iş şəraitinə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı;

İş qrafiki:

  • Növbəli iş rejimi (08:00-20:00/20:00-08:00)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı