
“Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Birliyində apardığı auditdə qeyd edilir ki, müəssisənin sənədlərində 1 il ərzində 615 000 ədəddən artır ağac və iri dibçəklərdə gül alışı alındığı göstərilib. Palata yazır ki, Birliyin sahib olduğu cəmi 20 kv/metr anbarda 615 min ədəd iri dibçəyi və ağacları saxlamaq real görünmür. Əlavə olaraq, müəssisə cəmi 3,8 min sahəyə qulluq etdiyi halda büdcədən 12,1 min hektar – 4 dəfə artıq sahə üçün vəsait istəyib. Təsəvvür edin ki, bu tip qurumlar nəhəng neft gölünün xırda balıqlarıdır”.
İndex.az xəbər verir ki, bu fikri iqtisadçı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin üzvü Rövşən Ağayev səsləndirib. Bununla büdcə xərclərinin həm qanunauyğun, həm də səmərəli xərclənməməsi məsələsini gündəmə gətirib. R.Ağayevin fikrincə, bütün bu tələbləri qorumaq və reallaşdırmaq üçün nəticə əsaslı büdcə idarəetmə sisteminə keçid vacibdir.
Mövzu ilə bağlı fikirlərini İndex.-az-la bölüşən iqtisadçı büdcə vəsaitlərinin istifadəsi məsələsində 2 məqamın bir-birindən ayrılmalı olduğunu deyib. Birincisi, vəsaitlər nə dərəcədə səmərəli xərclənir? İkinicisi, nə dərəcədə qanunauyğun xərlcənir?
“Səmərəli xərcləmə dövlət büdcəsindən sərf olunan vəsiatlərin nəticəsinin cəmiyyət üçün faydalılığı ilə ölçülür. Başqa sözlə, xərclənən vəsaitlə qarşıya qoyulan hansısa hədəfə çatırmı? Tutaq ki, səhiyyə xərclərinin əsasında insanların sağlamlığının təmin olunması, ölkədə orta ömür uzunluğunun artması, eyni zamanda bir çox xəstəliklərin vaxtında aşkarlanması və insanların sağlam həyat yaşaması, xəstələnmədən yaşadığı ömür müddətinin uzanması durur. Yaxud təhsil xərclərinin səmərəliliyi il ərzində 17 yaşlı uşaqların maksumum nə qədər hissəsinin tam orta təhsili bitirməsi ilə ölçülür. Eləcə də ali təhsilə qəbul olma əmsalın yüksəməsi, məktəbəqədər təhsilin əhatə dairəsinin 100%-ə yaxınlaşması kimi məqamlarla ölçülməlidir. Digər bir məqam nəqliyyat sisteminə xərclənənə vəsaitlərlə bağlıdır. Tutaq ki, Bakı şəhərində yol çəkilirsə, körpü tikilirsə, qarşıya qoyulan hədəf olaraq həmin ərazidə tıxacı azaldır, azaltmır? Yaxud bölgələrə çəkilən yollar, dəmiryolu biznesin, insanların xərclərini, yolda qalma müddətini azaldırmı? Tutaq ki, hökumət hansısa surətli yol çəkir. Həm vaxta, həm də yanacağa qənaət olunmasını hədəfələyir. Bunlar büdcə xərclərinin səmərəliliyini ölçmək üçün vasitələrdir”.
Digər məsələ büdcə vəsaitlərinin qanunauyğun xərclənməsidir. Tutaq ki, pullar korrupsiyanın yeminə çevrilmir, xərc normativlərinə uyğun xərclənir. Mal və xidmətlərin qiymətləri şişirdilib büdcədən pul oğurlanmır. R.Ağayev hesab edir ki, Hesablama Palatasının fəaliyyətində bu 2 istiqamətə yanaşma fərqli olmalıdır:
“Biz Palatanın fəaliyyətinə baxdıqda daha çox diqqəti büdcə vəsiatlərinin nə dərəcədə qanuna uyğun xərclərməsinə yönəltdiyini görürür. Korrupsiya riskini araşdırır, vurğulayır. Amma mən düşünürəm ki, səmərəlilik auditinə diqqət daha çox artmalıdır. Mümkün olduğu qədər bütün istiqamətlərdə bunun payı artmalıdır. Ötən il 44 audit həyata keçirilib. Onun cəmi 8-i səmərəlilik auditi olub. Bu pay kifayət qədər artmalıdı. Yəni, büdcə pulları səmərəli xərclənməlidir. Hesab edək ki, nəzarət maksimum dərəcədə təmin olunur, korrupsiya riskləri indiki ilə müqayisədə daha aşağı düşür, amma büdcə səmərəli xərclənmir. Yəni, xərclənən vəsiatlərin planlaşması doğru aparılmır və vəsaitlər cəmiyyətin inkişafı baxımından qarçşıya qoyulan hədəflərə uyğunluğu təmin etmir. Bu da ciddi problemlərə yol açır”
R.Ağayev hesab edi rki, Hesablama Palatasının parlamentlə əlaqəsi daha da güclənməlidir. Çünki o parlament qarşısında daha çox hesabatlı olmalıdır. Bəs bu özünü nədə göstərməlidir?
“Hesablama Palatası apardığı auditlərin tam həcmdə hesabatını parlamentə təqdim etməlidir. Bu məlumatlar eyni zamanda ictimaiyyət üçün də açıq olmalıdır. İndi onların apardığı auditlərin əhəmiyyətli hissəsini ümumi informasiya formasında verirlər. Cəmi 10-15%-nin isə icmallaşdırılmış formada jurnalda çap edirlər. Amma, məsələn, Türkiyə təcrübəsində biz görürük ki, Palatanın auditinin bütöv hesabatı ictimaiyyət və parlament üçün tam açıq olur”.
Təmsile tdiyi təşkilatın büdcə xərclərinin səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar apardığını deyən R.Ağayev gəldikləri nəticəni açıqlayıb:
“Bizim yanaşmamız budur ki, büdcə xərcələrinin səmərəliliyinin təmin olunması üçün atılacaq ən vacib amil nəticə əsaslı büdcəyə keçiddir. Bu, keçid o deməkdir ki, hökumət əvvəlcədən görüləcək işlərin nəticələrini parlamentə təqdim etdiyi büdcədə göstərir. Məsələn, məktəbəqədər təhsil üçün büdcə istəyirsə, hökumət millət vəkillərinə, vətəndaşlara bəyan edir ki, biz məktəbəqədər təhsil üçün büdcəsini bu il 20% artırırıq ki, qarşıdakı 2 ildə bu mərhələdə uşaqların əhatə dairəsini 20%-dən 25%-ə yüksəldək. Yaxud, hökumət şəkər xəstəliyi ilə mübarizə ilə bağlı proqrama ayrılan vəsaiti filan qədər artırırıq ki, şəkər xəstəliyinin erkən mərhələdə aşkarlanma əmsalını filan qədər yüksəldək. yaxud, dəmiryolu xərlcərini bu həcmdə artırır ki, biznesin xəcrlərini bu qədər aşağı salaq. Yəni, hökumət büdcə xərlcərini proqram tərtibatı əsasında həyata keçirməlidir. Tutaq ki, təhsillə bağlı hökumətin xərcləri bütün mərhələlər üzrə ayrıca proqramlara əsaslanmalıdır. Hər bir prqoramda hökumətin qarşıdakı 1 il və 3 il üzrə hədəfləri dəqiq göstərilməlidir. Xərclər də həmin hədəflər üzrə proqnozlaşdırılmalıdır”.
İqtisadçı hesab edir ki, nəticə əsaslı büdcəyə keçid təmin olunmasa, hökumət büdcə xərlcərinin səmərəliyliyini təmin edə bilməyəcək. Hətta ən sərt nəzarət təmin olunsa, korrupsiya ilə mübarizə adı altında çoxlu məmurlar həbs olunsa belə, büdcə xərclərinin səmərəliliyinin tək çıxış yolu nəticə və proqram əsaslı büdcəyə keçiddir. Xərclərin səmərəliliyi təmin olunsa, onun qanunauyğunluğunun da təmin olunacağını deyən R.Ağayev nəticəyə nail ola bilməyən məmurun parlamentdə hesabat verib bunun səbəblərini açıqlayacağını qeyd edib.